İspaniya La Liqasının XXX turunda "Real Sosyedad"la keçirilən oyun (2:1) "Real"ın baş məşqçisi Zinəddin Zidan üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, "kral klubu"nun sükanı arxasında 134-cü qələbəsinə sevinən fransalı mütəxəssis madridlilərlə bütün yarışlarda ən çox qalibiyyətə sevinən ikinci çalışdırıcı olub. Siyahıya 357 qələbə ilə Migel Munyoz başçılıq edir.
Zidanın rəhbərliyi altında "Real" 1 dəfə La Liqanın, 3 dəfə Çempionlar Liqasının, 2 dəfə isə İspaniya Superkubokunun, UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.
Qeyd edək ki, hazırda aktivində 65 xal olan "Real" La Liqaya başçılıq edir.