Türkiyənin "Karşıyaka" klubunun bir futbolçusu koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, bir neçə gün əvvəl komanda üzvlərindən götürülən testlərin nəticələri açıqlanıb. Bir futbolçuda məlum virus aşkarlanıb.

Onun kimliyi açıqlanmasa da, futbolçu dərhal karantinə alınıb və izolyasiya tədbirləri görülür.

Komandanın bütün məşqləri də təxirə salınıb.