"Barselona"nın baş məşqçisi Kike Setyen Lionel Messinin vəziyyəti barədə danışıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis argentinalının yaxşı formada olduğunu bildirib.
Setyen Messinin zədəsinin ciddi olmadığını və hazırda özünü normal hiss etdiyini vurğulayıb. O, 32 yaşlı futbolçunun növbəti oyunda komandasına kömək edə biləcəyini sözlərinə əlavə edib.
Qeyd edək ki, “Barselona” iyunun 13-də “Malyorka” ilə qarşılaşacaq.