Futbol üzrə Argentina yığmasının və İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi ən azı daha bir il Kataloniya təmsilçisinin uğurları üçün çalışmağa davam edəcək.
Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu bu yay klubunu azad agent kimi tərk etmək hüququ ilə bağlı müqaviləsindəki bəndi aktivləşdirməyib.
32 yaşlı oyunçu bu il mayın 30-na kimi bu hüquqdan istifadə edə bilərdi.
Qeyd edək ki, Messinin "Barselona" ilə indiki müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.