Qış hazırlığını Türkiyənin Antalya şəhərində keçirən Azərbaycan klubları yoxlama oyunlarını başa vurublar.

Fərqli ölkələrin – Polşa, Serbiya, Macarıstan, Rumıniya, Qazaxıstan, Almaniya, Çexiya, İsveçrə və Rusiya komandaları ilə üz-üzə gələn klublarımız ümumilikdə 27 yoxlama matçı keçiriblər. Bunlardan 9-da qələbə qazanıb, 8-də “sülh”ə razılaşıb, 10-da isə məğlubiyyətə üzülüblər.

Yerli klublardan ən yaxşı göstəricilərə “Kəpəz” və “Turan Tovuz” komandaları nail olub. Gəncə təmsilçisi qış hazırlığını 2 qələbə, 1 heç-heçə və qapısını toxunulmaz saxlayaraq başa vurub. Ayxan Abbasovun komandası isə 2 oyunda qalib gəlib, birində uduzub.

“Sabah” və “Kəpəz” məğlub olmayan, “Neftçi”, “Səbail” və “Şamaxı” isə qalib gələ bilməyən komandalar olub. “Şamaxı” yoldaşlıq oyunlarında rəqib qapısından top keçirə bilməyən yeganə klubdur.

“Qarabağ” Polşa, “Neftçi” isə Serbiya çempionatının liderləri ilə görüşdən məğlub ayrılıb.

                                        

N

Klublar

O

Q

H

M

T/F

X

1

“Kəpəz”

3

2

1

0

4-0

7

2

“Turan Tovuz”

3

2

0

1

5-3

6

3

“Sabah”

2

1

1

0

5-3

4

4

“Qəbələ”

3

1

1

1

6-6

4

5

“Zirə”

3

1

1

1

4-5

4

6

“Sumqayıt”

2

1

0

1

2-2

3

7

“Qarabağ”

3

1

0

2

3-7

3

8

“Səbail”

3

0

2

1

2-3

2

9

“Neftçi”

3

0

1

2

2-4

1

10

“Şamaxı”

2

0

1

1

0-1

1

 

Misli Premyer Liqasın üzrə turnir cədvəlindəki sıralamaları ilə müvafiq olaraq, elita təmsilçilərinin qalib gəldikləri, məğlub olduqları və heç-heçə etdikləri rəqiblərini yaxından tanıyaq.

1. “Qarabağ” 

Misli Premyer Liqasının qış çempionu Polşanın iki klubu ilə oyundan məğlub ayrılıb. Polşa çempionatının lideri olan “Rakuv” ilə matçda 0:3 uduzan Ağdam təmsilçisi, adıçəkilən çempionatın 4-cü yer sahibi “Poqon”a 2:4 məğlub olub. Qurban Qurbanovun komandası yeganə qələbəsini “Çukariçi” (Serbiya çempionatı, 4-cü yer) kollektivinə qarşı qazanıb: 1:0.

2. “Sabah”

Çempionatımızın ikincisi “Sabah” klubu Türkiyədə 2 yoxlama matçı keçirib. Murad Musayevin yetirmələri yoldaşlıq oyunlarında məğlub olmayan 2 komandadan biridir (red. digəri “Kəpəz”). Komanda Polşa çempionatında 9-cu yerdə qərarlaşan “Varta” kollektivi ilə 1:1 hesablı “sülh”ə razılaşıb, Serbiya çempionatının 5-cisi “Voyvodina” üzərində 4:2 hesablı qələbə qazanıb.

3. “Neftçi”

“Qarabağ” kimi 2 matçda məğlub olan “ağ-qaralar”, bir oyunda heç-heçəyə razılaşıb. Laurentsiu Regekampfın komandası “Medz Leqnisa” (Polşa çempionatı, 18-ci yer) və “Srvena Zvezda” ( Serbiya çempionatı, 1-ci yer) komandalarına müvafiq olaraq, 1:2 və 0:1 hesabları ilə uduzub. “Neftçi” Macarıstan çempionatının turnir cədvəlində 12-ci pilləni tutan “Vaşaş” kollektivi ilə 1:1 hesablı heç-heçə edib. Misli Premyer Liqasında 3-cü yerdə qərarlaşan “Neftçi” Türkiyə hazırlığını ən pis göstərici ilə başa vuran komandalardan biridir.

4. “Zirə”

Rəşad Sadıqovun komandası Rumıniya çempionatında 12-ci yer sahibi “Çindia”ya 3:2 hesabı ilə qalib gəlib, Macarıstanın 2-ci liqasında mübarizə aparan və 4-cü pillədə qərarlaşan “Szeged Csanad” kollektivinə 1:3 məğlub olub. “Zirə” son yoxlama görüşündə “Radniçki” ilə (Serbiya çempionatı, 13-cü yer) “sülh”ə razılaşıb: 0:0.

5. “Qəbələ” 

Misli Premyer Liqasında 5-ci pilləni tutan Elmar Baxşıyevin yetirmələri Rumıniya, Almaniya və Çexiya komandaları ilə üz-üzə gəlib. “Qəbələ” “Sepsi” ilə 2:2 hesablı heç-heçə edib (Rumıniya çempionatı, 6-cı yer), “Teplitse”yə 1:2 hesabı ilə uduzub (Çexiya çempinatı, 12-ci yer). Komanda yeganə qələbəsini Almaniyanın Region Liqasında mübarizə aparan və 15-ci pillədə qərarlaşan “Lukenvalde” komandasına qarşı qazanıb: 3:2.

6. “Turan Tovuz” 

Türkiyədəki təlim-məşq toplanışını 2 qələbə, 1 məğlubiyyətlə başa vuran “Turan Tovuz” Rumıniya çempionatında 7-ci pillənin sahibi “Petrorul”a uduzub (2:3). Ayxan Abbasovun komandası “Aarau”ya (İsveçrə çempionatı, 5-ci pillə) 1:0, Qazaxıstanın 1-ci Divizionunun 3-cüsü “Jetisu”ya isə 2:0 hesabı ilə qalib gəlib. “Turan Tovuz” Misli Premyer Liqasının turnir cədvəlində 6-cı pillədədir.

7.Şamaxı”

2 yoldaşlıq matçı keçirən bölgə təmsilçimiz 1 oyunda bərabərə qalıb, digərində uduzub. “Şamaxı”  Qazaxıstanın 2-ci liqasında 2-ci pilləni tutan “Kaysar”la heç-heçə edib (0:0). Komanda son yoldaşlıq oyununda “Napredak”a 0:1 hesabı ilə uduzub (Serbiya çempionatı, 10-cu yer). “Botoşani” (Rumıniya çempionatı, 13-cü yer) ilə qarşılaşma güclü yağış səbəbindən rəqib 1:0 öndə olarkən yarımçıq dayandırılıb. Komanda yoxlama matçlarını qol vurmadan bitirib.

8.Sumqayıt”

2 oyun keçirən daha bir klubumuz “Sumqayıt”dır. Komanda Serbiya çempionatının 16-cısı  “Radnik”ə 2:1 hesabı ilə qalib gəlib, Rusiya Premyer Liqasının 11-ci yer sahibi “krılya Sovetov”a minimal hesabla uduzub 0:1.

9. “Kəpəz” 

Azərbaycan çempionatının 9-cusu olan “Kəpəz”in 1:0 hesabı ilə məğlub etdiyi “Budapeşt MTK” Macarıstanın 2-ci Liqasında 3-cü pillədə, “Kaysar” (3:0) isə “Qazaxıstanın 1-ci Divizionunda 2-ci yerdədir. Tərlan Əhmədovun kollektivi Serbiya çempionatında 6-cı yerdə qərarlaşan “Novi Pazar” komandası ilə qolsuz heç-heçə edib.

10. “Səbail”

Yeni baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında “Səbail” qış hazırlığını 2 heç-heçə, 1 məğlubiyyətlə başa vurub. Bayıl təmsilçisi “Neftçi” və “Şamaxı” ilə birlikdə qələbə üzünə həsrət qalan komandalardan biri olub. “Dənizçilər” Polşa ikincisi “Legiya” (2:2) və  Çexiya çempionatında 4-cü pillədə qərarlaşan “Bohemians”la (0:0) heç-heçə edib. Serbiya klubu “Spartak” (11-ci yer) isə “Səbail”i 0:1 hesabla məğlub edib.

 “Qarabağ” və “Neftçi”dən başqa, digər komandalarımızdan heç biri öz çepionatlarında lider olan komanda ilə yoxlama oyunu keçirməyib. Ən yaxşı nəticə göstərən “Kəpəz” komandası iki qələbəsini Qazaxıstan və Macarıstanın 2-ci liqa təmsilçiləri üzərində qazanıb. Burdan belə bir sual ortaya çıxır: Komandalarımızın yoldaşlıq oyunlarında öz dişlərinə görə rəqib seçməsi, yoxsa daha güclü rəqiblərlə qarşılaşması daha yaxşıdır?

“Yoldaşlıq matçlarında komandanın qalib və ya məğlub olması önəm daşımır”

Untitled design 3

Tanınmış futbol mütəxəssisi, “Keşlə” (indiki “Şamaxı” - G.X) klubunun sabiq baş məşqçisi Yunis Hüseynov saytımıza açıqlamasında yoxlama matçlarının əsasən çempionata hazırlıq məqsədi daşıdığı üçün rəqib seçimi və ya oyunların nəticəsinin vacib olmadığını qeyd edib:

“Təlim-məşq toplanışı üzrə keçirilən oyunların önəm daşımadığını düşünürəm. Əsasən, fiziki və taktiki cəhətdən gedişlərə üstünlük verilir, bu nöqteyi nəzərdən komandanı çempionata hazırlayırlar. “Qarabağ”, “Neftçi” və “Sabah” klubları güc baxımından digər yerli klublarımızdan üstündür. Buna görə də, özlərinə uyğun rəqib seçirlər ki, daha yaxşı analiz edə bilsinlər. Rəqiblərlə bağlı seçimə gəlincə, “Qarabağ” və “Neftçi”nin qarşılaşdıqları komandalar arasında çempionatın liderləri var. Lakin bu o demək deyil ki, digər komandalarımız zəif və ya öz güclərinə uyğun rəqib seçiblər. Yoxlama matçlarında istənilən komanda ilə oynamağın normal olduğunu düşünürəm. “Kəpəz”, “Səbail”, istənilən kollektivimiz özlərinə uyğun rəqib seçərək güclərini sınamaq istəyiblər. Toplanışa yollanan komandalar ora hazırlıqsız gedir, cəmi bir həftə məşq keçib, yoldaşlıq oyununa çıxırlar. Hazırlıq dönəmində futbolçular fiziki cəhətdən çox yükləndiyi üçün çox güclü klublara qarşı oynamağa ehtiyac da yoxdur. Ortabab komandalara qarşı oynamağın daha məqsədəuyğun olduğunu fikirləşirəm. “Qarabağ” isə avrokuboklarda oynayan komanda olduğu üçün nisbətən güclü rəqibə qarşı oynamağı yaxşı idi ki, potensial gücünü görsün və qarşıdan “Gent”lə gələn oyuna hazır olsun. Ümumi olaraq, yoldaşlıq matçlarında komandanın qalib və ya məğlub olması önəm daşımır, ən vacibi komandanın çempionata hazırlığıdır”.

Günay Xəlil