Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində 11-ci tura yekun vurulub.
Offsideplus.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov 11-ci turu bərabərlik ilə başa vurub. Şahmatın bir nömrəsi Maqnus Karlsenlə xalları yarı bölən Şəhriyar, 7.5 xalla 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, yanvarın 27-si keçiriləcək 12-ci turda Məmmədyarov Cons Qavain ilə qarşılaşacaq.