Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində altıncı tura yekun vurulub.
Offsideplus.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov 10-cu turu qələbə ilə başa vurub. Peter Svidleri məğlub edən Şəhriyar lider Qiri Anişlə xallarını bərabərləşdirib. (7 xal) Şahmatçılar 1-ci və 2-ci pilləni bölüşdürürlər.
Qeyd edək ki, yanvarın 26-sı keçiriləcək 11-ci turda Şəhriyar Maqnus Karlsenlə qarşılaşacaq.