Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, beşqat dünya çempionu norveçli Maqnus Karlsen 18 yaşlı hindistanlı Rameşbabu Praqqnanandhaya qalib gələrək, karyerasında ilk dəfə Dünya Kubokunu qazanıb.

Nicat Abasov isə üçüncü yer uğrunda görüşdə Fabiano Karuanaya məğlub olub və Dünya Kubokunu dördüncü yerdə başa vurub.