Azərbaycanın Dünya Kuokunda son təmsilçisi Nicat Abasov Aniş Girini üstələməklə növbəti mərhələyə vəsiqəni təmin edib.
Offsideplus.az xəbər verir ki, ilk rapid oyununda Aniş Giri qələbə qazansa da, Nicat Abasov ikinci oyunda hesabı bərabərləşdirib. İlk iki blits partiyasında tərəflər heç-heçəyə razılaşıb 0,5-0,5; 0,5-0,5. Növbəti blits partiyaları həlledici olub. Birinci blits bərabərliklə yekunlaşsa da, növbəti oyun Nicat Abasovun qələbəsi ilə sona çatıb.
Dünya Kubokunda 1/16 finalda Nicat Abasovun rəqibi FIDE təmsilçisi Pyotr Svidler olacaq.