ABŞ-ın Sent-Lyuis şəhərində keçirilən "Sinquefield Cup" şahmat turniri davam edir.
Offsideplus.az xəbər verir ki, mərhələ yarışında ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov, dünyanın iki nömrəli şahmatçısı olan amerikalı Fabiano Karuana ilə qarşılaşıb. Azərbaycanlı qrossmeyster rəqibinə məğlub olub.
Qeyd edək ki, "Grand Chess Tour" şahmat seriyasının beşinci mərhələsində on şahmatçı iştirak edir. Bunlar həmyerlimiz Şəhriyar Məmmədyarovdan başqa, ABŞ şahmatçıları Fabiano Karuana, Vesli So, Leyner Dominqez Perez, Sem Şenkland, Cefri Ksionq və Dariuş Svirç, fransız Maksim Vaşye-Laqraf, rus Petr Svidler və macar Rixard Rapportdur.
Yarış avqustun 28-dək davam edəcək, mərhələnin ümumi mükafat fondu isə 325 000 ABŞ dolları təşkil edir.