Serie A-da fevral ayında Avstraliyanın Pert şəhərində keçirilməsi planlaşdırılan “Milan” – “Komo” qarşılaşması ilə bağlı qərar dəyişib.
Offsideplus.az xəbər verir ki, məlumata görə, AFC (Asiya Futbol Konfederasiyası) ilə razılıq əldə olunmadığı üçün matç “San Siro” stadionunda oynanılacaq.
Beləliklə, Serie A rəhbərliyinin oyunu Avstraliyada keçirmək planı baş tutmayıb və qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi Milanda azarkeşlərin önündə baş tutacaq.



