İtaliyanın “Roma” klubu hazırda “Mançester Yunayted”in formasını geyinən Coşua Zirkzee üçün 40 milyon avro dəyərində təklif irəli sürüb.

Offsideplus.az xəbər verir ki, razılaşmanın detalları belədir:

  • 5 milyon avro – icarə haqqı
  • 30 milyon avro – satınalma haqqı

Bundan əlavə, “Roma”nın UEFA Çempionlar Liqasına vəsiqə qazanacağı halda, “Mançester Yunayted”ə əlavə 5 milyon avro bonus ödəniləcək.

Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.