Arsen Venger tezliklə yenidən iş başında ola bilər.
Offsideplus.az xəbər verir ki, İtaliyanın “Milan” klubu təcrübəli mütəxəssisin xidmətində maraqlıdır. Tərəflər arasında danışıqlar gedir və Venger “rossonyerlər”in “sükanı arxası”na keçməyə razılıq verib. Uğursuz çıxış davam edəcəyi təqdirdə, rəhbərlik qış fasiləsinə qədər Qattuzo ilə yollarını ayıracaq. Klub prezidentinin Vengerə rəğbəti olduğunu nəzərə alsaq, bu keçidin baş tutması real görünür.
Qeyd edək ki, “Milan” hazırda A seriyasında 4-cü pillədə qərarlaşır və lider “Yuventus”dan 10 xal geri qalır.


