"Yuventus" azad agent olan Conatan Deyvidlə razılığa gəlib.
Offsideplus.az xəbər verir ki, kanadalı hücumçu ilə uzunmüddətli müqavilə imzalanacaq.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
David 2020-ci ildən bəri "Lill"də çıxış edirdi. O, Fransa klubunun heyətində 232 oyuna çıxıb və 109 qol vurub.
25 yaşlı futbolçu Kanada yığmasında isə 66 oyunda 35 qol vurmağı bacarıb.