"Milan" klubu 22 yaşlı futbolçu Ardon Yaşarini transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, gənc yarımmüdafiəçinin klubu "Brügge" isə onu bu yay satmağı düşünmür. 

"Rossoneri" Yaşarini 1 nömrəli hədəf olaraq təyin edib və onu heyətinə qatmaq üçün hər şeyi edəcək.

Bu barədə "Foot Mercato" portalı məlumat yayıb.

İsveçrəli futbolçu ötən ilin yayında "Brügge"yə transfer olub. O, burada 52 oyunda 4 qol vurub və 6 məhsuldar ötürmə edib.