"Yuventus" klubu Endrik üçün "Real Madrid"lə əlaqəyə keçib.

Offsideplus.az xəbər verir ki, "qoca sinyora" uzun müddətdir 18 yaşlı futbolçu ilə maraqlanır və onu heyətinə qatmaq istəyir.

Bu barədə "El Chiringuito TV" məlumat yayıb.

Endrik ötən ilin yayında "kral klubu"na qoşulub. O, cari mövsüm 37 oyunda 7 qol vurmağı bacarıb.

"Real Madrid" gənc hücumçu üçün "Palmeyras"a 47 milyon avro ödəyib. Braziliyanın Madrid təmsilçisi ilə 2030-cu ilin yayına qədər müqaviləsi var.