İtaliyanın "Milan" klubu yeni baş məşqçi axtarışındadır.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi komandanı çalışdıran Serxio Konseysao ilə vidalaşacaq. İtaliya mətbuatının yaydığı məlumata görə, "milanlılar" artıq yeni çalışdırıcı axtarışına başlayıb.
Qeyd edək ki, portuqaliyalı mütəxəssis 2024-cü ilin 30 dekabrından A Seriyası klubunun sükanı arxasına keçib. Komanda hazırda 60 xalla 8-ci yerdə qərarlaşıb.