İnter-in A Seriyasında Milan və Çempionlar Liqasında Barcelona ilə oynayacaqları ev oyununda bilet satışından əldə etdiyi gəlir açıqlanıb.

Offsideplus.az xəbər verir ki, sabah keçiriləcək İnter - Milan matçına artıq 78 min bilet satılıb. 80 min nəfərlik tutumu olan “Cüzeppe Meatsa” stadionunun ÇL-də Barcelona ilə keçiriləcək oyunda da tribunalarının tamamilə dolu olacağı bildirilib.

Hər oyuna görə 5 milyon avro qazanan İnter, ümumilikdə bir həftə ərzində 10 milyon avro qazanacaq.