Son günlərdə haqqında ən çox danışılan futbolçu Antoniyə iddialı komanda müştəri çıxıb.
Offsideplus.az xəbər verir ki, İtaliyanın "Yuventus" klubu braziliyalı hücumçunu heyətinə qatmaq istəyir. Turin təmsilçisi onun transferini bu ilin yayında gerçəkləşdirməkdir niyyətindədir.
Antoni ötən ay "Mançester Yunayted"dən İspaniya "Betis"inə keçib. 25 yaşlı futbolçu məhz İngiltərədə oynayarkən, uğursuzluğa düçar olub. 2022-ci ildə 95 milyon avroya transfer olunan hücumçu "qırmızı şeytanlar"da keçirdiyi 62 matçda cəmi 5 dəfə fərqlənib.
Elə bu səbəbdən azarkeşlər sosial mediada Antonini lağa qoyur, onun barəsində çoxlu memlər yaradırdılar. İstedadlı futbolçu bütün tənqidçilərini bu yaxınlarda susdurmağı bacarıb. O, yeni klubu "Betis"də 3 görüşdə 2 qol vurmaqla, özündən bu dəfə yaxşı mənada söz etdirə bilib.