A Seriyada 25-ci turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, bu gecə turun mərkəzi görüşü olan "Yuventus" - "İnter" matçı keçirilib. Turin səfərinə yollanan Milan təmsilçisi çempionluq yolunda zərbə alıb. Matç "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 74-cu dəqiqədə Kanselsao vurub. Bununla da, "İnter" əsas rəqibi "Napoli"dən 2 xal geri düşüb və 2-ci yerə enib. "Yuventus" isə, xallarının sayını 46-ya çatdıraraq, ilk 4-lükdə qərarlaşıb.
Matçda vurulan qolu təqdim edirik: