Pol Poqba 2025-ci ilin martından yaşıl meydanlara dönməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu 2026-cı ildə bitəcək olan müqaviləsinə daha erkən xitam verməyə çalışır. 

"Sky Sports"un məlumatına görə, iki tərəf də birlikdə davam etməmək barəsində qərara gəliblər və qısa müddət ərzində müqavilə ləğv ediləcək.

Qeyd edək ki, Poqbanın dopinq cəzası bir müddət öncə 4 ildən 1.5 ilə qədər endirilmişdi.