“Milan”ın İtaliya A Seriyasının 7-ci turunda səfərdə “Empoli” ilə qarşılaşacağı matçdan əvvəl heyətində ciddi itki baş verib.

Offsideplus.az xəbər verir ki, “rossonyerlər"in hücumçusu Qonsalo İquain ayağından zədələnib. İquainin bu gün tibbi müayinədən keçəcəyi bildirilib.

Argentinalı forvard “Empoli”yə qarşı oyunda iştirak etməyəcək.