"Kruzeyro" futbol klubu "Yuventus"un hücumçusu Kayo Xorxenin transferi ilə bağlı şifahi razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, futbolçu bu həftənin sonunda tibbi müayinədən keçmək üçün Belo Horizonteyə uçacaq. Danışıqların yekun detalları razılaşdırılarsa, o, “Kruzeyro” ilə 5 illik müqavilə imzalayacaq.

Ötən mövsüm braziliyalı "Frozinone"də icarə əsasında çıxış edib. O, A Seriyasında və İtaliya Kubokunda 22 oyun keçirib, 3 qol və 1 məhsuldar ötürmə edib.