İtaliyanın "Yuventus" klubunda yeni müqavilə qeydə alınıb.
Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi Federiko Qattinin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı mərkəz müdafiəçisi 2028-ci ilin yayına kimi A Seriyası klubuna məxsus olacaq.
Qeyd edək ki, "Yuventus" Federiko Qattini ötən ilin yayında "Frozinone"dən transfer edib. İtaliya millisinin üzvü olan arxa xətt oyunçusu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol vurub.