"Qalatasaray" klubunun və Türkiyə millisinin sabiq çalışdırıcısı Fatih Terim yenidən işinin başına qayıdır.

Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, təcrübəli mütəxəssis danışıqlar apardığı İtaliyanın "Fiorentina" komandasının təklifini qəbul etdiyi iddia edilib. Onun ilkin müqaviləni imzaladığı və detallar tamamlandıqdan sonra məşqçi işinə başlayacağı irəli sürülür.

Qeyd edək ki, Fatih Terim 2000-2001-ci illərdə "Fiorentina"da çalışıb.