"Yuventus" klubunun mərkəz yarımmüdafiəçisi Pol Poqba da Səudiyyə Ərəbistanı çempionatına yollana bilər.

 Offsideplus.az "Gazzetta dello Sport"a istinadla xəbər verir ki, 30 yaşlı futbolçu SƏ Pro Liqasından təklif alıb.

Klubun adı hələlik məlum olmasa da, fransalı futbolçunun bu ölkəyə üz tutacağı gözlənilir.

Qeyd edək ki, Poqbanın "Yuventus"la 2026-cı ilin 30 iyununadək müqaviləsi var.