“Mançester Yunayted" klubunun və İtaliya millisinin sabiq hücumçusu Cüzeppe Rossi karyerasını başa vurub.

Offsideplus.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesablarında məlumat yayıb.

Rossi 36 yaşında futbolla vidalaşdığını açıqlayıb. O, klub səviyyəsində "Mançester Yunayted", "Parma", "Vilyarreal", "Nyukasl", "Fiorentina", "Selta", "Levante", "Cenoa", "Real Solt Leyk" klublarında çıxış edib. Onun son klubu SPAL olub və sözügedən komandadan bu yay ayrılıb.

Rossi İtaliya millisinin heyətində 30 oyuna çıxıb və 7 qol vurub.