Zlatan İbrahimoviç ötən gün futbol karyerasını bitirdiyini açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, 41 yaşlı hücumçu "Milan" - "Verona" matçından sonra vidalaşıb. Bu zaman "Verona" azarkeşləri Zlatanı fitə basıb. İbra isə belə cavab verib:

 "Fitə basmağa davam edin. Məni görmək bu il ən böyük andır sizin üçün".

Qeyd edək ki, matç "Milan"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Günay Xəlil