"Milan" futbolçusu Rafael Leao ilə yeni müqavilə imzalayıb.

 Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano öz "Tvitter" səhifəsində məlumat verib. Mənbəyə görə, "qırmızı-qaralar" portuqaliyalı hücumçu ilə müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalayıb. Yeni anlaşma ilə  yaşlı futbolçunun illik məvacibi 5 milyon avro+bonuslar olacaq. "Rossonyerlər" Portuqaliya millisinin üzvü üçün 175 milyon avro sərbəst qalma məbləği müəyyənləşdirib.

Qeyd edək ki, Rafael Leao 2019-cu ilin yayından "Milan"da çıxış edirdi. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulmuşdu.

Fəqan İbrahimli