"Yuventus" futbolçusu Duşan Vlahoviçlə yollarını ayırmaq istəyir.

 Offsideplus.az "TuttoMercatoWeb"ə istinadən xəbər verir ki, Turin təmsilçisi serbiyalı hücumçunu "Bavariya" və "Arsenal"a təklif edib. Xəbərə görə, sözügedən klublar daha öncə də Vlahoviçlə maraqlanıb. Levandovski getdikdən sonra həmin mövqeyə futbolçu axtaran Münhen təmsilçisinin ən real namizəd olduğu vurğulanıb. 

Mənbənin verdiyi məlumat görə, "qoca sinyora" yay transfer pəncərəsində 23 yaşlı forvardı komandadan göndərməyi planlaşdırır.

Qeyd edək ki, Vlahoviç bu mövsüm "Yuventus"un heyətində 35 oyuna çıxıb, 11 qol və 4 assistlə yadda qalıb.