"Roma"nın futbolçusu Paulo Dibalanın transfer qiyməti məlum olub.

 Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi argentinalı oyunçu üçün 12 milyon avro qiymət müəyyənləşdirib. Bu məbləğin digər ölkə təmsilçiləri üçün keçərli olduğu bildirilir. Bu barədə insayder Fabritsio Romano məlumat verib. Xəbərə görə, İtaliya klubları 29 yaşlı futbolçunu heyətinə qatmaq istəsə, 20 milyon avrosundan keçməli olacaq. 

Mənbə onu da qeyd edir ki, "Roma" Dibalanın məvacibini 3.8 milyon avrodan 6 milyon avroya artırsa, İtaliya klubları üçün mövcüd olan sərbəstqalma maddəsini ləğv etmək imkanına sahibdir.