"Milan" futbolçusu Olivier Jiru ilə yeni müqavilə barəsində razılığa gəlib.

 Offsideplus.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano məlumat verib. Xəbərə görə,"qırmızı-qaralar" 36 yaşlı hücumçu ilə 3.5 milyon avro məvacib qarşılığında anlaşıb. Fransalı forvard ilə yeni müqavilə 1 illik nəzərdə tutulub.

Xatırladaq ki, qış transfer pəncərəsində "Everton" Jirunu heyətinə qatmaq istəsədə, fransalı futbolçu komandada qalmağa qərar vermişdi.

Qeyd edək ki, Jirunun "Milan"la müqaviləsi cari mövsümün sonunda başa çatırdı.