Futbol üzrə İtaliya A Seriyasında 28-ci turun görüşləri keçirilir.

Offsideplus.az xəbər verir ki, ötən gün 3 oyun baş tutub.

“Kremoneze” öz meydanında “Atalanta”ya məğlub olub. “Fiorentina” isə səfərdə “İnter” üzərində qələbəyə sevinib. “Yuventus” - “Verona” matçı isə meydan sahiblərinin minimal hesablı qalibiyyəti ilə başa çatıb.

Qeyd edək ki, turun digər görüşləri bu gün və sabah keçiriləcək.

İtaliya A Seriyası
28-ci tur

1 aprel

Kremoneze – Atalanta 1:3
Qol: Çiofani, 56-pen – De Run, 44. Boqa, 72. Lukman, 90+3.

İnter – Fiorentina 0:1
Qol: Bonaventura, 53.

Yuventus – Verona 1:0
Qol: M.Kin, 56.