Adrien Rabyo "Yuventus"dakı gələcəyindən danışıb.
Offsideplus.az "Tuttosport"a istinadən xəbər verir ki, o, "Qoca Sinyora" ilə müqaviləni yeniləmək ehtimalından söz açıb:
"Yuventus"dan ayrılmağım və ya yeni müqavilə bağlamağım da mümkündür. Turində yaxşı hiss edirəm. İşlərim qaydasındadır, baş məşqçi ilə münasibətim yaxşıdır."
Qeyd edək ki, Rabyonun Turin təmsilçisi ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır.