"Milan"ın hücumçusu Zlatan İbrahimoviç İtaliya çempionatının 27-ci turunda "Udineze"yə məğlub olduğu matçda (1:3) qol vurub.

Offsideplus.az 41 yaşlı futbolçu (41 yaş 166 gün) 45+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək A Seriya tarixində qol vuran ən yaşlı futbolçu olub. Bu barədə "Opta Sports" məlumat yayıb.

Qeyd edək ki, bu göstəricidə əvvəlki rekordçu  "Milan"ın sabiq müdafiəçisi Alessandro Kostakurta (41 yaş 25 gün) olub.