İtaliya A Seriyasında fevral ayının ən yaxşı baş məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, ötən ayın ən yaxşısı adına "Bolonya"nı çalışdıran Tiaqo Motta layiq görülüb.

"Bolonya" fevral ayında İtaliya çempionatında keçirdiyi 4 matçdə 3 qələbə qazanıb, 1 dəfə isə məğlub olub.

Qeyd edək ki, fevral ayının ən yaxşı oyunçusu isə "Napoli"nin gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliya seçilib.