"Napoli" klubu gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliyaya qiymət qoyub.
Offsideplus.az xəbər verir ki, Neapol təmsilçisi 22 yaşlı yarımmüdafiəçini transfer etmək istəyən klublardan 100 milyon avrodan çox məbləğ tələb edəcək.
Qeyd edək ki, Xviça Kvaratsxeliya 2022-ci ilin yayında Batumi "Dinamo"sundan 10 milyon avroya "Napoli"yə keçib. Bu mövsüm forvard bütün yarışlarda 24 matçda 12 qol vurub, 14 qolun ötürməsini verib. Kvaratsxeliya ilə "Napoli" arasındakı müqavilə 2027-ci ilin yayına qədərdir. O, Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.