"Napoli" klubunun futbolçusu Xviça Kvaratsxeliya İtaliya A seriyasının 19-cu turunda keçiriləcək "Salernitana" ilə oyunu buraxacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Luçano Spaletti matç öncəsi keçirilən mətbuat konfransında məlumat verib.

Qeyd edək ki, 21 yaşlı gürcüstanlı hücumçu bu mövsüm A Seriyasında 15 oyuna çıxıb, 7 qol vurub və 7 qolun ötürməsini verib.

Xatırladaq ki, "Salernitana" - "Napoli" görüşü sabah keçiriləcək.