"Napoli" klubunun gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya A seriyasının 13-cü turunda "Atalanta" ilə oyunu buraxacaq.

Offsideplus.az xəbər verir ki, o, sözügedən görüş üçün heyətə daxil edilməyib. Buna səbəb onun belində kəskin ağrıların olmasıdır. 

Əlavə edək ki, "Atalanta" - "Napoli" oyunu sabah keçiriləcək.