“Napoli” klubunun hücumçusu Covanni Simeone atası Dieqo Simeoneyə məxsus rekordu təkrarlayıb.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı hücumçu buna Çempionlar Liqasının qrup mərhələsinin Şotlandiya “Reyncers”ii 3:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubl etməklə nail olub.
O, ÇL-də ilk 4 matçında 4 qol vuran ikinci argentinalı futbolçu olub. İndiyədək yalnız onun atası - "Atletiko"nun baş məşqçisi Dieqo Simeone bu göstəriciyə malik idi.