İtaliya millisinin heyətində ciddi itki baş verib.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi Sandro Tonali zədələnib. O, Millətlər Liqasının növbəti iki oyununda meydana çıxmayacaq.

22 yaşlı futbolçu əzələsindən xəsarət alıb. İtaliyanın baş məşqçisi Roberto Mançini ehtiyat məqsədilə Tonaliyə istirahət vermək qərarına gəlib.