"Milan"ın ulduzu Zlatan İbrahimoviç karyerasını bitirmək barədə açıqlama verib.

Offsideplus.az "Gazetta"ya istinadən xəbər verir ki, 40 yaşlı hücumçu futbolçu karyerasını başa vurmaq fikrində deyil: 

"Məndən daha güclü futbolçu görsəm, futbolu atmağa hazır olaram. Amma məndən daha güclüsünü hələ ki, görməmişəm. "Milan" Şarl de Ketelare ilə birlikdə top futbolçu transfer etdi - Ona bir az zaman verin".

Qeyd edək ki, İbra 2020-ci ildən "Milan"ın formasını geyinir.