"Yuventus" "Torino"nun mərkəz müdafiəçisi Qleyson Bremeri heyətinə qatıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu tibbi müayinədən keçmək və sözləşmə imzalamaq üçün Turinə gəlib. Bu keçid üçün "Yuventus" qarşı tərəfə 41 milyon avro ödəyəcək. 25 yaşlı oyunçu ilə 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanacaq.  

Qeyd edək ki, Bremer 2018-ci ildən "Torino"da oynayırdı. O, klubun heyətində 110 matçda meydanda olub.