"İnter" "Torino"nun braziliyalı müdafiəçisi Qleyson Bremeri transfer etməkdə israrlıdır.

Offsideplus.az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat verib. Xəbərə görə, Milan təmsilçisi 25 yaşlı futbolçu üçün qarşı tərəfə 30 milyon avro təklif etməyə hazırlaşır.

Qeyd edək ki, "Yuventus" klubu da Bremeri heyətinə cəlb etmək istəyir. Turin təmsilçisinin braziliyalı oyunçu üçün 40 milyon avro ödəyə biləcəyi deyilir.