"İnter" futbolçusu Edin Cekonu yay "transfer pəncərə"sində satmaq istəyir.
Offsideplus.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Milan təmsilçisi bosniyalı hücumçunun satışından əldə edilən gəlirlə bir müddət əvvəl "Yuventus"dan ayrılan argentinalı futbolçu Dibalanı heyətinə qatmaq istəyir. Xəbərə görə, "Everton" və "Volverhempton" klubları Cekonu transfer etmək istəyir.
Qeyd edək ki, 36 yaşlı futbolçunun "neradzura" təmsilçisi ilə müqaviləsi gələn ilin yayı başa çatır.