"Torino"  "Fənərbağça"nın sloveniyalı futbolçusu Mixa Zayçı transfer etmək istəyir.

 Offsideplus.az "Tuttosport" nəşrinə istinadən xəbər verir ki, Turin təmsilçisi Sloveniya millisinin üzvü üçün qarşı tərəfə 6 milyon avro təklif edib. İstanbul təmsilçisi isə 28 yaşlı futbolçunun gedişindən 10 milyon avro qazanmaq istəyir. Klub yarımmüdafiəçi ilə maraqlanan başqa komandaların olduğunu da nəzərə alaraq, qərar verməyə tələsmir.

Qeyd edək ki, Mixa Zayç daha əvvəl Seria A-da "Empoli", "Cenoa" kimi komandalarda çıxış edib. Geridə qalan mövsümdə Fənərbaxçanın heyətində 41 oyuna çıxan sloveniyalı futbolçu 9 qol, 1 assist ilə yadda qalıb.