"Mançester Yunayted"dən ayrılan Edinson Kavani kayyerasını İtaliyada davam etdirəcək.

 Offsideplus.az "Sky Sports"a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu bu mövsüm tarixində ilk dəfə A Seriyasında mübarizə aparacaq "Monza"ya keçəcək. Hər iki tərəf arasında danışıqlar sona çatmaq üzrədir.

Qeyd edək ki, Uruqvay millisinin üzvü daha əvvəl İtaliyada "Palermo" və "Napoli" formaları geyinib.