"Yuventus" növbəti mövsüm heyətini məşhur futbolçu ilə gücləndirəcək.

 Offsideplus.az xəbər verir ki, bu barədə Cianluca di Marzio məlumat yayıb. Mənbəyə görə, "qoca sinyora" mövsümün sonu PSJ-dən ayrılacaq olan Anxel di Mariyanı transfer edəcək. Lakin bu keçid Paulo Dibalanın gedişindən sonra baş verəcək. Onun Paris təmsilçisi ilə müqaviləsi bu yay başa çatır.

Bildirilib ki, Di Mariyanı sabiq komandası "Benfika" da heyətinə cəlb etmək niyyyətinədir.

Qeyd edək ki, Di Mariya 2015-ci ildən PSJ-də top qovur.

Desktop 21 22 L1 DIMARIA PSG CELEBRATION