İtaliyanın "Napoli" klubunun Batumi "Dinamo"sunun gürcüstanlı yarımmüdafiəçisi Xviça Kvaratsxeliyaya görə ödəmək istədiyi məbləğ məlum olub.

Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki,  Neapol təmsilçisi gənc oyunçunu 8 milyon avro qarşılığında sıralarına qatmağa hazırlaşır.

21 yaşlı futbolçunun A Seriyası klubu ilə 5 illik müqavilənin şərtləri barədə razılıq əldə etdiyi bildirilir.

Maraq üçün qeyd edək ki, Xviça Azərbaycan millisinin sabiq hücumçu Badri Kvaratsxeliyanın oğludur.