"Sassuolo"nun hücumçusu Domeniko Berarrdı bir sıra klubların hədəfindədir.

 Offsideplus.az "Calciomercato"ya istinadən xəbər verir ki, bu mövsüm yüksək oyun gostərən 25 yaşlı futbolçuyla "Napoli", "Fiorentina" və "Milan" ciddi şəkildə maraqlanır. Hər üç klub oyunçuya təklif göndərməyə hazırlaşır.

Berardinin hazırkı klubuyla sözləşməsi 2024-cü ildə başa çatır.

Qeyd edək ki, İtaliya millisinin üzvü bu mövsüm 28 matçda 14 qol və 14 məhsuldar ötürmə edib.